Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ramil Hüseyn "İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri" mövzusunda təlim keçib - BBN

Ramil Hüseyn “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda təlim keçib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) “İqlim dəyişikliyi  və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda təlim keçib.

İİTKM və AZMİU arasında əməkdaşlıq memorandumuna əsasən keçirilən təlimdə “Menecment “, “Biznesin idarə edilməsi” və digər ixtisaslar üzrə təhsil alan tələbələr, gənc müəllimlər və doktorantlar iştirak ediblər.

Ramil Hüseyn təlimdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində görülən işlərdən söz açıb, 5 prioritetdən birinin “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” olmasından bəhs edib. O, qeyd edib ki, Azərbaycanın qlobal istixana qazı emissiyalarındakı payı 0,1 faiz olsa da, iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə aktiv iştirak edir. Ölkəmiz beynəlxalq “yaşıl enerji” layihələrini dəstəkləməklə, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizlərinin reallaşmasında rol almaqla qlobal oyunçulardan birinə çevrilir.

Universitetin tədris işləri üzrə prorektoru  prof. Akif Qasımov, kafedra müdiri prof. Məhəbbət Məmmədov və fakültə dekanı dos. Turan Aslanov çıxış edərək mövzunun aktuallığının və gənclərin maarifləndirilməsində rolunun əhəmiyyətini vurğulayıblar.

R.Hüseynin çıxışından sonra müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda təlimdə uğurla iştirak edən tələbələrə sertifikatlar verilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı