Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı da əhalinin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üzrə çoxsaylı işlər həyata keçirilir.

Növbəti olaraq nazirliyin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti bir sıra rayonlarda yeni Elektron ATS-lər qurub, nömrə tutumlarını artırıb.

Görülmüş tədbirlər nəticəsində İsmayıllının Külüllü, Gədəbəyin Qaradağlı, Qəbələnin Abdallı, Qusarın Bədirqala, Biləsuvarın Səmədabad, Ağdamın Təzəkənd, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində və Ağcabədi rayonunun Üzeyir Hacıbəyli prospektində yeni Elektron ATS-lər sakinlərin istifadəsinə verilib.

Bundan başqa Ağdamın Təzəkənd, Qəbələnin Məmmədağalı, Zaqatalanın Gözbarax, Danaçı, Lahıc, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində mövcud EATS-lərin nömrə tutumları artırılıb.

Qeyd edək ki, daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən yararlanmaq imkanının yaradılması üçün işlər davam etdiriləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı