Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Ölkə regionlarında fəaliyyət göstərən biznes subyektlərinin və öz biznesini qurmaq istəyən potensial sahibkarların bilik və bacarıqlarının artırılması üçün KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) coğrafiyası genişləndirilir. 

Yeni KOB inkişaf mərkəzlərinin ünvanları və digər əlaqə vasitələri barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytından (https://smb.gov.az/az/nav/kob-inkisafi-merkezleri) və ya mərkəzlərin vahid internet səhifəsindən – http://www.kobim.az əldə etmək olar.

KOBİA-nın strukturuna daxil olan KOBİM-lər sahibkarlara biznesyönümlü təlim və məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, biznes üçün mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın dəstək alətləri barədə məlumatlandırmaya dəstəyi təmin edir.  

Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən KOB-lar mərkəzlərin dəstək və xidmətlərlərindən yararlana bilərlər.

KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı