RİNN-də Qırğızıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi yanında Dövlət Rabitə Agentliyinin direktoru Talant Kalıkovla görüşüb.

Görüşdə ölkələrimiz arasında İKT və kosmik sahəsi üzrə əməkdaşlıq məsələlərinə dair müzakirə aparılıb.

Həmçinin qarşı tərəfin təklifinə əsasən “IMEI” – mobil cihazların qeydiyyat sisteminin ölkəmizdə işləmə mexanizmi barədə qonaqlara ətraflı məlumat verilib və bu sahədə təcrübə mübadiləsinin aparılmasının mümkünlüyü vurğulanıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı