Rubl dünyanın ən volatil valyutası seçilib

Rusiya Federasiyasının rəsmi valyutası olan rubl “Bloomberg” tərəfindən aparılan araşdırmaya əsasən, dünyanın ən volatil (dəyişkən) valyutası ünvanını alıb. Fevral ayının 21-i volatillik amplitudası 33.97%-ə yüksələn rubl 2020-ci ilin mart ayından bu yana qeydə alınan ən yüksək səviyyəsinə çatıb.

Rusiya ilə Ukrayna arasında baş verən gərginlik nəticəsində dollar qarşısında dəyər itirən rubl artıq fevral ayının 14-ü 24.3%-lik volatillik göstəricisi ilə Türkiyə lirəsini (19.75%) geridə qoyaraq, dünyanın ən dəyişkən valyutasına çevrilib. Bu isə, özü ilə bərabər investisiya risklərini də artırır.

Qeyd edək ki, ötən ay rubl valyutası 20.7%-lik dəyişkənlik amplitudası ilə ikinci, lirə isə 32.6%-lik göstərici ilə birinci yerdə qərarlaşıb.

Forbes

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı