Rusiya Türkiyə, Azərbaycan və Belarus üçün alternatıv “Yaşıl Kart” sistemini tətbiq edəcək

Rusiya tərəfdaş ölkələrlə hazırda mövcud olan “Yaşıl Kart” beynəlxalq avtomobil sığortası sisteminə alternativ sistem yaratmağı planlaşdırır. BBN.az “İzvestiya” nəşrinə istinadən xəbərə verir ki, bu təşəbbüs ölkənin bu sistemə üzvlüyünün mümkün xitamını nəzərə alaraq 2024-cü il yanvarın 1-dən tətbiqi edilərək “Yaşıl Kart”ı əvəz edəcəkdir.

Nəşrin yaydığı məlumata əsasən, bu istiqamətdə artıq Belarus Respublikası ilə razılıq əldə olunub, Türkiyə və Azərbaycanla isə danışıqlar aparılır. Bu ölkələrin büroları ilə ayrıca müqavilələr bağlanması nəzərdə tutulub. Ehtimal edilir ki, bu müqavilələr əsasında tam hüquqlu müstəqil sığorta sistemi yaratmaq mümkün olacaq. “Mavi Kart” adlanan bu sistemin tətbiqi 2024-cü il yanvarın 1-dən planlaşdırılır.Qeyd edək ki, 1 iyun 2023-cü il tarixindən etibarən Rusiyanın “Yaşıl Kart” müqavilələri bəzi ölkələrdə etibarlılığını davam etdirsə də, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrədə etibarlılığını dayandırmışdır. 30 iyun 2023-cü il tarixindən etibarən isə Rusiya və Belarusun “Yaşıl Kart” müqavilələri dünyanın əksər ölkələrində tanınmayacaq.

 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı