Rusiya valyuta əməliyyatlarına yenidən başlayacaq

Rusiya Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından etibarən Milli Rifah Fondu ilə əlaqədar daxili bazarda valyuta əməliyyatlarına yenidən başlayacağını açıqlayıb. Açıqlamada  bildirilib ki, “Valyuta bazarında aparılan əməliyyatlar Milli Rifah Fonduna daxilolmalara və fondun xərclənməsinə yönəldiləcək”.

BBN.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar avqustun 10-da xarici valyuta alışını dayandırmışdı.

Rusiyanın büdcə qaydalarına görə neft və təbii qaz gəlirləri azaldıqda Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə xarici valyuta alınır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı