Rusiya xarici borcunu rubl ilə ödəyəcək

Rusiya Federasiyası xarici dövlət borcunu yerli valyutası ilə ödəməyi planlaşdırır. Bu barədə, Rusiyanın Maliyyə Naziri Anton Siluanov ictimaiyyətə açıqlamasında bildirib. Siluanov bildirib ki, Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının Qərbin sanksiyaları səbəbindən dondurulması ölkə iqtisadiyyatının və xarici valyutaya əlçatanlığın çətinləşməsinə gətirib çıxarır. Təqribi 300 milyard dollar həcmində olan qızıl-valyuta ehtiyatları ümumi rezervlərin (640 milyard dollar) demək olar ki, yarısını təşkil edir.

“JPMorgan” tərəfindən verilən açıqlamaya görə, Rusiya çərşənbə gününə xarici borcunun 117 milyon dollarlıq hissəsini ödəməyi planlaşdırıb. Lakin, Siluanovun çıxışından sonra sözügedən məbləğin yerli valyuta ilə ödənilib-ödənilməyəcəyi sual doğurur.

Məlumat üçün qeyd edək ki, rus rublu bu il dollar qarşısında 45%-dən çox dəyər itirib və 1998-ci ildən bu yana qeydə alınan ən aşağı səviyyəsinə çatıb.

Reuters

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı