Rusiyada müflisləşən əhali artmaqdadır

Rusiya Federasiyasında 2020-ci ilin ilk üç ayında fərdi sahibkarlar da daxil olmaqla, 22 min 400-dən çox şəxs iflas etdiyini açıqlayıb. Bu isə, 2019-cu ilin ilk üç ayına nisbətdə 68% çoxdur. Ekspertlər göstəricinin kəskin artmasının əsas səbəbi kimi koronavirus pandemiyası ilə yanaşı, ipoteka və istehlak kreditlərinin şəxslər üzərindəki yükünün artmasını göstərirlər.

Ayrılıqda nəzər saldıqda, mart ayında 7 min 906, fevral ayında 8 min 362, yanvar ayında isə 6 min 132 nəfərin müflisliyini elan etdiyini müşahidə edə bilərik. Paytaxt Moskvada yanvar-mart ayları üzrə müflislik göstəricisinin ötən ilə nəzərən 40.5% artdığı vurğulansa da, Krasnodar, Perm, Rostov, Novosibirsk kimi bir sıra rayonlarda bu göstərici müvafiq olaraq iki dəfədən çox artıb.

Rusiyanın Kredit Tarixçələri üzrə Milli Bürosundan bildirilib ki, pandemiya davam etdiyi təqdirdə noyabr ayına kimi müflisliyini elan edən şəxslərin sayı bir milyon nəfəri ötə bilər. Qeyd edək ki, Rusiyada 2019-cu ildə cəmi 69 min, 2018-ci ildə isə 43 min 670 nəfər müflisləşib.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı