Rusiyadan neft istehsalı ilə bağlı vacib açıqlama

Rusiya martda neft istehsalını gündəlik 500.000 barrel azaldacaq, bu xəbərdən sonra neftin qiymətləri 2% bahalaşıb.  Belə ki, Brent xam neftinin qiyməti cümə axşamı bağlanış qiyməti ilə müqayisədə bir barrelinə görə 1.76 dollar yaxud 2% artıb. Həmçinin Qərbi Texas xam neftinin qiyməti də 2% dəyər əldə edib və 79.72 dollara ticarət etməkdədir. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, belə bir açıqlamanı isə bu gün Rusiyanın Baş nazirinin müavini Alexander Novak verib. Onun sözlərinə görə belə bir qərar bazar əlaqələrinin bərpasına kömək olacaq.

Ekspertlər isə bu fikirdədirlər ki, Rusiyanın isehsalı azaltması ilə birlikdə, Çinin 0-Covid strategiyasını yumşaltması bazarda qiymətləri möhkəmləndirəcək. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı