Rusiyanın da qatıldığı OPEC+ təşkilatının üzvləri neft istehsalı ilə bağlı yeni razılığa gəldilər – ABŞ-da benzinin qiyməti yüksələcək

Rusiyanın nümayəndə heyətinin də iştirak etdiyi OPEC+ təşkilatının üzvləri çərşənbə axşamı, daha dəqiq oktyabrın 5-də elan ediblər ki, onlar neft istehsalını günə 2 milyon barrel azaldacaqlar. Bu isə bir çox ölkələrdə, xüsusilə ABŞ-da sabit qalan benzinin qiymətinin daha da bahalaşmasına gətirib çıxaracaq.

BBN.az bu haqda NBC News TV proqramına istinadən xəbər verir.

OPEC+ üzvlərinin neft istehsalını azaldılması ilə bağlı bəyanatında “qlobal iqtisadiyyatı əhatə edən qeyri-müəyyənliyə və neft bazarı ilə bağlı hesabatlara” istinad edib. Bu isə pandemiyanın başlamasından bu yana istehsalda ən böyük azalma ilə bağlı qərar hesab edilir. 

Bəyanat ilə bağlı olaraq Biden administrasiyası bildirib ki, bu məyusedici və uzaqgörən olmayan qərardır. Əlavə ediblər ki, onsuz da qlobal enerji qiymətləri artıq Rusiyanın Ukraynaya hücumu ilə bağlı olaraq artıb: “Belə bir qərar yüksək enerji qiymətlərindən əziyyət çəkən aşağı və orta gəlirliliyi olan ölkələrə neqativ təsir edəcək. Bu ölkələr yüksək qiymətlər ilə mübarizə aparmaq üçün həll yolları axtarırlar”. 

Qeyd edək ki, OPEC-in 33-cü toplantısı Avstriyanın paytaxtı Viyena şəhərində baş tutub, qərar üzv ölkələr arasında qəbul edilib, onların sırasında yuxarıda da qeyd etdiyimiz kimi Rusiya da var. Belə bir toplantı isə Rusiyanın Ukraynaya hücumundan sonra bu yay yüksələn neft və təbii qaz qiymətlərindən sonra baş tutub.

ABŞ prezidenti Joe Biden ilkin prezident seçkiləri ərəfəsində Amerikalıların cibinə təsir göstərdiyinə görə, benzinin qiymətlərini azaltmışdı, bu isə iyuldan sentyabrın ortalarına olan qədər olan dövrü əhatə edib.

Capital Economics araşdırma qrupu isə qeyd edir ki, qərardan sonra qlobal neftin qiymətləri 1 barrelinə görə 93 dollardan 100 dollara çatacaq. ABŞ-da bençmark qiymətləri isə 88 dollardan 92 dollara yüksələcək.

Rusiyanın Ukraynaya hücumunun əvvəlində isə qlobal neft qiymətləri 128 dollara çatmışdı.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı