Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 55-dən çox ölkəsinə ixrac edilib

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

Hazırda sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manat olan 128 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,5 milyard manatdan çox investisiya yatırılıb.

Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiyanın yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib, bunun 3,1 milyard manatlıq hissəsi (təqribən 32,3 %-i) ixrac olunub. Bu ilin I rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bu da ki, 2022-ci ilin eyni dövrünə (2022-ci ilin I rübündə 680,9 milyon manatlıq məhsul istehsal edilib) nisbətən 13% artım deməkdir. 

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 55-dən (ABŞ, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Çin, Hindistan, Rusiya və s.) çox ölkəsinə ixrac edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı