Sənaye zonalarında məhsul istehsalı və ixracı artır

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 9700-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manatdan çox investisiyanın yatırılması və 3200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76%, ixracı isə 138% artıb.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 2 mlrd. manatı (təqribən 32%-i) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı