Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif - BBN

Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniya keçirir. Belə ki, 27 noyabrdan 5 dekabradək Bank tərəfindən Mastercard Black EditionVisa Infinite ödəniş kartlarının əldə olunması üçün tələb olunan birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 60 % endirim tətbiq edilir.

Premium seqmentə aid bu kartlar sahibinə dünyanın istənilən nöqtəsində yüksək xidmət səviyyəsi, səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri, konsyerj xidmətləri və digər eksklüziv üstünlüklər təqdim edir. İmtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət, sürətli keçid kimi xidmətlər aiddir.

Müştərilər MC Black Edition və Visa Infinite kartlarını həm Xalq Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə sifariş edə bilərlər. https://cardorder.xalqbank.az/?card=9 Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.

Eyni zamanda, Xalq Bankın yeni və cari əmanət müştəriləri 5 dekabradək MC Black Edition və Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 70 % endirimlə əldə edə bilərlər. Xatırladaq ki, Xalq Bankda 30 dekabradək davam edən əmanət kampaniyasından yararlanaraq daha çox gəlir əldə etmək mümkündür:

Müddətli” AZN əmanəti üzrə illik faizlər – 3 ay – 8.5 %, 6 ay – 10.5 %, 12 ay – 11 %, 18 ay – 11 %, 24 ay – 11 %. Minimal məbləğ – 100 AZN,

Proqress” AZN əmanəti üzrə illik faizlər – 12 ay – 10.75 %, 24 ay – 11 %. Depozit məbləğinin artırılması imkanı ilə, minimal məbləğ – 100 AZN.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı