“Səyyar kofe evləri” layihəsinə start verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsinə start verilib. 

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 20 nəfər işsiz, barista sahəsində çalışmaq istəyən, 35 yaşadək olan şəxslərə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim ediləcək. 

Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

Uyğun namizədlər ilk olaraq biznes və peşə təlimlərinə cəlb ediləcəklər. Təlimi uğurla başa vuran şəxslərə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim ediləcək. Daha sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi göstəriləcək.   

Qeyd edək ki, aktivlərlə təmin edilmiş şəxslər Bakı və Abşeron ərazisində fəaliyyət göstərməlidirllər. 

Layihəyə müraciət linki:  https://forms.gle/6KZ8wAwjBuNHddR6A

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı