Sabiq kripto şirkətinin rəhbərini 40-50 il həbs gözləyə bilər

Sabiq milyarder, nüfuzlu kripto şirkətinin keçmiş rəhbəri Sam Bankman – Fried-ı fırıldaqçılıq (fraud) və çirkli pulların yuyulması ittihamları ilə 40-50 il həbs gözləyə bilər.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, ötən il yuxarıda adları çəkilən ittihamlar ilə həbs edilən 32 yaşlı Sam-ın bu gün növbəti məhkəmə prosesi olacaq.

Qeyd edək ki, keçmiş kripto şirkətinin rəhbərinin bu qədər uzun bir müddət həbsdə qalması təklifinə onun vəkilləri etiraz edirlər və bildirirlər ki, o, maksimum müştərilərin milyardlarla dollarını mənimsədiyinə görə 5-6.5 il həbs cəzası çəkməlidir.

Əlavə edək ki, o, 2023-cü ilin noyabrında ABŞ məhkəməsi tərəfindən müştərilərin depozitlərindən mülk, siyasi xeyriyyə və başqa investisiyalara xərcləmələrdən dolayı ittiham edilib.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Kriptovalyutaların bu günə olan qiymətləri nə qədərdir?

Kriptovalyutaların bu günə olan qiymətləri nə qədərdir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı