Ötən doqquz ayda ölkədə əsas kapitala 13 milyard manat məbləğində vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yatırılan investisiyaların real həcmi 7% artıb, özəl qeyri-neft-qaz investisiyaları isə 10,8% yüksələrək qeyri-neft-qaz ÜDM-in artım tempini 3,7 dəfə üstələyib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazir müavini həmçinin qeyd edib ki, strateji valyuta ehtiyatları 2018-ci ilin sonundan 2025-ci il 1 oktyabr tarixinədək 1,8 dəfədən çox artaraq 81,5 milyard ABŞ dollarına çatıb:
“Bu göstərici cari il üzrə gözlənilən ÜDM səviyyəsini də üstələyir”.