Sahibkarlar İtaliyada keçiriləcək “Macfrut 2024” sərgisinə dəvət olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İtaliya Respublikasının Rimini şəhərində 2024-cü ilin 8-10 may tarixlərində keçiriləcək “Macfrut 2024” beynəlxalq meyvə və tərəvəz sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 6 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi

07 tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları
08 yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları
09 qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar
1211500000 əsasən ətriyyat, əczaçılıq və ya insektisid, funqisid və ya analoji məqsədlər üçün istifadə edilən bitkilər və onların hissələri (toxumlar və bar daxil olmaqla), təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş: – efedra, və ya acılıqotu
1211908600 əsasən ətriyyat, əczaçılıq və ya insektisid, funqisid və ya analoji məqsədlər üçün istifadə edilən bitkilər və onların hissələri (toxumlar və bar daxil olmaqla), təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş – digərləri
1302120000 biyanın və ya biyan kökünün şirələri və ekstraktları
1509 zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən
1510 saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla
2004903000 sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş zeytun
2009898901 nar şirəsi
3301 efir yağları (tərkibində terpenlər olan və ya olmayan), absolyut və konkretlər daxil olmaqla; rezinoidlər; ekstraksiya edilmiş efir yağları; piylərdə, uçucu olmayan yağlarda, mumlarda və ya analoji məhsullarda anfreraj və ya maserasiya üsulu ilə alınan efir yağlarının konsetratları; efir yağlarını terpensizləşdirilməsizamanı alınan əlavə terpen məhsulları; efir yağlarının sulu distillyatları və sulu məhlulları
4819 kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar
4823 forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 8 aprel 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 5 aprel 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Sərgi ilə bağlı ümumi məlumat üçün:

Rəna Hüseynova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 16)

E-mail: rana.huseynova@azpromo.gov.az

Tələb olunan sənədlərlə bağlı məlumat üçün:

Kənan Müzəffərli

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 30)

E-mail: kanan.muzaffarli@azpromo.gov.az

Mob: (+994 55) 604 25 44

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” ilə təcrübə mübadiləsi keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı