Sahibkarlarla onlayn görüşlərin keçirilməsi davam etdirilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Fondun təklif etdiyi məhsul və xidmətlərlə bağlı maarifləndirmə işi çərçivəsində sahibkarlarla görüşlər davam etdirilir.

İyulun 28-də Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda onlayn görüş keçirilib. Görüşdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

Sahibkarlığın İnkişafı Fondunun Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri Mahir Babayev, həmçinin Lənkəran-Astara regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

Görüş sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə təşkil edilib.

Belə tədbirlərin təşkilinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı