Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahil Babayev: "Azərbaycan gəlir vergisinin dərəcəsini 50 faiz azaldır" - BBN

Sahil Babayev: “Azərbaycan gəlir vergisinin dərəcəsini 50 faiz azaldır”

“Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir, bu verginin dərəcəsini 50 faiz azaldır”.

BBN.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

Nazir qeyd edib ki, qanuna dəyişiklik edilməsəydi, 2 500 manata qədər gəlir 14%-lə, 2500 manatdan artıq gəlir isə 25%-lə vergiyə cəlb ediləcəkdi:

“Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14%-lik vergini 7%-ə salırıq. Özü də bunu tədricən edirik.

Yəni 2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3%-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər ki, gəlir vergisinin 3% olduğu necə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”.

Related posts

AMB ADIF-ə kredit qoyuluşunun qalığını 35 % azaldıb

AMB-nin xarici valyuta əməliyyatlarından gəlirləri 25 % artıb

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı