Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sahil Babayev: "Neft-qaz qiymətləri ilə bağlı risklər həmişə var" - BBN

Sahil Babayev: “Neft-qaz qiymətləri ilə bağlı risklər həmişə var”

Dünya bazarında xam neftin və təbii qaz qiymətləri ilə bağlı risklər həmişə mövcuddur.

BBN.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bildirib.

“Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 65 ABŞ dolları, qazın 1 000 kubmetrinin qiyməti isə 262 ABŞ dolları müəyyən edilib. Təbii ki, bunlar, proqnozlardır və beynəlxalq meyarlar əsasında müəyyən edilir, lakin onların özünü 100 % doğruldacağını demək düzgün olmazdı”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, neftin qiymətində aşağıya doğru ciddi dəyişiklik dövlət büdcəsinin icrasına təsir edəcək: “2026-cı ilin istənilən dövründə neftin qiyməti büdcədə nəzərdə tutulandan aşağı ola bilər. Amma sonrakı dövrdə qiymət artdıqca, orta illik göstərici büdcənin icrasını təmin edəcək. Məsələn, bu ilin dövlət büdcəsində neftin qiyməti 70 ABŞ dolları müəyyən edilmişdi və ilin böyük bir hissəsində, səhv etmirəmsə sentyabr-oktyabr aylarına qədər orta satış qiyməti 72 ABŞ dollarının üzərində idi. Baxmayaraq ki, sentyabrda qiymətlər 60-62 dollar ətrafında idi. Yəni orta göstəricimiz 70-in üzərində olduğuna görə büdcənin gəlirləri artıqlaması ilə təmin edildi”.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

“Amazon” 2025-ci ili güclü artımla başa vurdu

“Fitch” SOCAR-ın reytinqlərini dünyanın aparıcı neft-qaz şirkətləri sırasında qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı