Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Şamaxı şəhərində istehlakçılar üçün "Açıq qapı” günü keçirilib - BBN

Şamaxı şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

“Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu məqsədlə Dövlət Xidmətinin Şamaxı şəhərində yerləşən 4 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Ağsu, Şamaxı, Qobustan) istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.

Tədbirdə istehlakçı hüquqları və bu sahəni tənzimləyən əsas qanunvericilik aktları barədə ətraflı məlumat verilib. Eləcə də təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin tələbləri izah edilib.

Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları və məhkəmələrin bu sahədə rolu barədə geniş məlumat verilib.

Related posts

Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

İpoteka kreditləri ilə bağlı yeni statistika: orta məbləğ və faiz açıqlanıb

Azərbaycanda “Yaşıl Kart” üzrə 20 mindən çox müqavilə bağlanılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı