Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Samir Şərifov: Azərbaycanın şoklara qarşı maliyyə-institusional bazası möhkəmlənib - BBN

Samir Şərifov: Azərbaycanın şoklara qarşı maliyyə-institusional bazası möhkəmlənib

Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxış edən Samir Şərifov bildirib ki, Azərbaycanın şoklara qarşı maliyyə-institusional bazası əhəmiyyətli dərəcədə möhkəmlənib.

Baş nazirin müavininin sözlərinə görə, ölkənin ərazi bütövlüyünün bərpası regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırıb. Aparılan islahatlar və həyata keçirilən proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşdirilib və ölkənin maliyyə mövqeyi güclənib.

O qeyd edib ki, görülən tədbirlər nəticəsində investisiya cəlbediciliyi artıb və iqtisadiyyatın dayanıqlığı daha da möhkəmlənib.

Samir Şərifovun sözlərinə görə, bütün bunlar şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün ölkədə möhkəm maliyyə-institusional bazanın formalaşmasına şərait yaradıb.

Bununla yanaşı, o vurğulayıb ki, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, eləcə də texnoloji enerji transformasiyasının sürətlənməsi gələcək sosial-iqtisadi inkişaf üçün yeni çağırışlar yaradır.

Baş nazirin müavini əlavə edib ki, bu çağırışların adekvat qiymətləndirilməsi və onlara cavab verilməsi üçün vergi sisteminin institusional potensialın və idarəetmə təcrübəsinin formalaşmasına verdiyi töhfələr forumun əsas müzakirə mövzularından biri olacaq.

Mənbə: Report.az

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı