“Samsung” 920 milyon dollarlıq investisiya planlaşdırıb

Koreya mərkəzli beynəlxalq texnologiya nəhəngi “Samsung Electronics” Vyetnamda fəaliyyət göstərən törəmə qurumunun likvid maliyyə vəsaitini artırıb. “Samsung Electro-Mechanics Vietnam” adı altında fəaliyyət göstərən törəmə qurum Vyetnam hökuməti tərəfindən lisenziyalaşdırılıb və bu lisenziya köməkliyi ilə sensor modulları, kamera modulları və lenslər istehsal edə biləcək.

Şirkət tərəfindən edilən 920 milyon dollarlıq maliyyə inyeksiyası nəticəsində törəmə qurumun kapital bazası 2.27 milyard dollara çatıb. 6500-dən çox işçi heyətinə malik olan “Samsung Electro-Mechanics Vietnam” ümumi “Samsung” smartfon istehsalının yarısını təmin edir.

“Samsung Electronics” Vyetnamın ən böyük investoru və ixracatçısı olmasına baxmayaraq, ölkə investisiya imkanlarının mövcudluğu səbəbindən “Intel”, “Foxconn”, “LG” kimi nəhəng korporasiyaları cəlb edə bilib.

Nikkei

Related posts

Venesueladakı hadisələr ABŞ neft şirkətlərinin səhmlərini bahalaşdırıb

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Platin qiymətləri tarixi maksimumu yeniləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı