“Samsung”un üçüncü rüb hesabatlarında rekord artım gözlənilir

Cənubi Koreya mərkəzli elektronika nəhəngi “Samsung Electronics” üçüncü rüb üzrə maliyyə hesabatlarında əməliyyat mənfəəti göstəricilərində ikirəqəmli artıma nail ola bilər. Bu barədə nəticəni analitiklərin şirkət haqqında apardıqları araşdırmalardan çıxartmaq olar.

Analitiklərin araşdırmalarına əsasən, iyul-sentyabr ayları arasında olan dövrdə “Samsung”un əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə bazar proqnozlarını (27.6% artaraq 15.8 trilyon von) da üstələyəcək.

“The FN Guide Consensus” tərəfindən aparılan araşdırmada isə, şirkətin ümumi gəlirlərinin 9.3% artaraq 73.2 trilyon von səviyyəsində qərarlaşacağı proqnozlaşdırılıb.

Analitiklər sözügedən artıma əsas səbəb kimi, şirkətin avqust ayında satışa buraxdığı qatlanabilən “Samsung Galaxy Fold Z” smartfonlarına tələbin gözlənilən çox olması və eləcə də Cənubi Koreya vonunun dollar qarşısında dəyər itirməsi və bununla da şirkətin ixrac əməliyyatlarının daha asan və daha gəlirli olması göstərilib.

Digər tərəfdən isə, şirkət səhmlərində düşüş qeydə alınıb. Belə ki, ötən həftənin sonunda şirkətin səhm dəyəri 1.21% azalaraq 73 min 200 von səviyyəsinə enib.

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı