Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Samux və Beyləqanda işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib - BBN

Samux və Beyləqanda işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən Samux və Beyləqan rayonlarında işəgötürənlərlə görüşlər keçirilib.

Hər iki rayonun İcra Hakimiyyətləri ilə birgə keçirilən görüşlərdə Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər, Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşlərdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, birgə maliyyələşmə proqramı, peşə hazırlığının təşkili və digər məşğulluq proqramları barədə təqdimat edilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.

Related posts

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı