Serbiya-Azərbaycan Biznes Forumu keçirilib

Noyabrın 21-də Belqradda Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib. 

Tədbirdən əvvəl Azərbaycan nümayəndə heyəti Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

Forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb, KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd olunub ki, KOBİA Serbiyadan olan sahibkarlara və investorlara ölkəmizdə biznes qurmaq üçün yerli tərəfdaşların tapılması, birgə layihələrin icrası istiqamətində dəstək göstərə bilər. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı