“Shell” rebrendinq etməyi planlaşdırır

1907-ci ildə yaradılan “Royal Dutch Shell” şirkəti brend adında dəyişikliyə getməyi düşünür. Niderland mərkəzli neft və qaz hasilatçısı sözügedən ölkə ilə bağlarını qoparmaq məqsədilə Royal Dutch sözlərini ixtisar edərək “Shell” brendi altında fəaliyyətini davam etdirəcək.

Şirkət rəsmisi bu dəyişikliyin əsas səbəbi kimi, iqlim dəyişikliyi ilə bağlı bir sıra məsələlər səbəbindən amerikalı milyarder aktivist Dan Loeb ilə konfliktlərin yaranması göstərilib. Yeni dəyişiklik nəticəsində, şirkətin hüquqi ünvanı da Haaqa şəhərindən London şəhərinə köçürüləcək və bununla da “Shell” şirkəti Niderland brendi olmaqdan çıxacaq.

Digər tərəfdən isə, “Shell” şirkətinin səhmləri Nyu York və London ilə yanaşı, Amsterdam birjasında da əməliyyatlarına davam edəcək. Rebrendinq xəbərindən sonra şirkət səhmlərində 2% həcmində artım qeydə alınıb. 154.2 milyard dollar həcmində bazar kapitalizasiyasına malik olan “Shell” şirkəti cari ilin ilk 9 ayında 4.1 milyard dollar həcmində gəlir əldə edib.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı