Sahibkarlığın İnkişafı Fondu və Polşa İnkişaf Fondu (Polish Development Fund) arasında onlayn görüş keçirilib.
Hər iki qurumun nümayəndələrinin iştirak etdiyi görüşdə sahibkarlara təklif olunan müvafiq dəstək mexanizmləri təqdim olunub və qurumlar arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə Azərbaycanda və Polşada sahibkarlığın dəstəklənməsi istiqamətində mövcud vəziyyət və görülən işlərə toxunulub. Həmçinin qurumlar arasında təcrübə mübadiləsinin aparılması müzakirə edilib.