SİF-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Fərid İsayev ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Fərid İsayev ilə görüşüb.

Görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin, bacarıqlı kadrların dəstəklənməsi və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, müasir idarəetmə, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu barədə tövsiyələr verilib və müzakirələr aparılıb.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı