SİF-lə Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu “DAMU”-nun nümayəndələri arasında görüş keçirilib

Qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təsdiqlənmiş Yol Xəritəsi üzə görülmüş işlərə toxunulub, əməkdaşlıqda növbəti addımlar müzakirə edilib.

Qazaxıstan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “DAMU”-nun nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) görüş keçirilib. Görüşdə iki ölkənin sahibkarlıq mühiti və  dövlətin güzəştli maliyyə vəsaitlərinin effektiv istifadəsi barədə müzakirələr  aparılıb. Həmçinin qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təsdiqlənmiş Yol Xəritəsi üzrə görülmüş işlərə toxunulub, əməkdaşlıqda növbəti addımlar müzakirə edilib.

Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən Sahibkarlığın İnkişafı Fondu “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq,  onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı