SİF tərəfindən Naxçıvan MR-nın sahibkarlarına 1,77 milyon manat güzəştli kredit verilib

2024-cü ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 22 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar. Belə ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 1 milyon 77 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Related posts

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Azərbaycanın 5 şəhərində “Sığorta Festivalı” keçiriləcək

Azərbaycan əhalisinin gəlirləri 6 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı