SİF və Asiya İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib

Fondun mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi prosesində iqlim məsələlərinə yanaşması təqdim edilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

AİB-in “Dövlət sektorunda idarəçiliyin və səmərəliliyin təkmilləşdirilməsi üzrə texniki dəstək” proqramı çərçivəsində keçirilən görüşdə Fondun mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi prosesində iqlim məsələlərinə yanaşması təqdim edilib. SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov bildirib ki, Fond Azərbaycanda fəaliyyət göstərən sahibkarların “yaşıl” layihələrini güzəştli şərtlərlə maliyyələşdirərək mikro, kiçik və orta biznes subyeklərinin bu istiqamətdə fəaliyyətini təşviq edir.

Həmçinin, bizneslərin maliyyələşdirilməsində iqlim məsələlərinin nəzərə alınması və təsirin ölçülməsi istiqamətində AİB-in tövsiyələri diqqətə çatdırılıb, əməkdaşlıq imkanları müzakirə edilib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı