Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sığorta bazarı 6%-dən çox böyüyüb - BBN

Sığorta bazarı 6%-dən çox böyüyüb

Azərbaycanda sığorta yığımları 867 milyon manatı ötüb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladığı sığorta haqlarının həcmi 867,4 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,16 faiz artıb.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi məbləği isə 549,7 milyon manata çatıb. İllik müqayisədə sığorta ödənişləri 27,18 faiz yüksəlib.

Mərkəzi Bankın statistikası göstərir ki, ilin ilk yarısında sığorta bazarında zərərlilik səviyyəsi də artıb. Belə ki, bu dövrdə toplanan hər 100 manat sığorta haqqına qarşılıq orta hesabla 63,4 manat ödəniş edilib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk altı ayında bu göstərici 52,9 manat təşkil etmişdi.

Məlumatlar sığorta bazarında həm yığım həcminin, həm də sığorta hadisələri üzrə ödənişlərin artdığını, bunun isə sektorun zərərlilik göstəricisinin yüksəlməsinə səbəb olduğunu göstərir.

Related posts

Azərbaycanda “Yaşıl Kart” üzrə 20 mindən çox müqavilə bağlanılıb

Avtomobillərin icbari sığortası üzrə yığımlar 74 mln. manatı ötüb

Sosial sığorta daxilolmaları proqnozu 190 milyon manata yaxın üstələyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı