Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV – Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlıq çərçivəsində təşkil edilən aktuar kurslarının birinci mərhələsi və anderrayterlər üçün təşkil edilmiş tədris proqramı başa çatmışdır.

Bu münasibətlə təşkil edilmiş tədbirdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Azərbaycan Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxış edərək aktuariləri və anderayterləri təbrik etmiş, həmçinin ölkəmizdə sığorta sektorunun inkişafı üçün görülən işlərdən bəhs etmişlər.

Proqramı uğurla bitirmiş aktuarilərə və anderayterlərə müvafiq şəhadətnamələr və sertifikatlar təqdim edilmişdir.

Təqdimat zamanı iştirakçıların sualları cavablandırılmışdır.

Qeyd edək ki, Mərkəzi Bank, TSEV və ASA-nın müvafiq əməkdaşlıq çərçivəsində sığorta sahəsində peşəkar kadrların inkişafı yaxın gələcəkdə də daha geniş və intensiv ölçüdə davam etdiriləcəkdir.

Related posts

Aqrar Sığorta Fondunun əhatə etdiyi əkin sahələri genişlənir, müstəqil ekspertlərin sayı artırılır

AMB sığorta sektorunun cari ilin yanvar-iyul aylarına dair statistikasını açıqlayıb – Foto

AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı