Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

19 və 27 iyul 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə attestasiyalar keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən Muradlı Murad Zakir oğlu “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” mövzusu üzrə 63 bal toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı