Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır - BBN

“SİLK VEY VEST AVİAŞİRKƏT” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

4 iyun  2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.06.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2005023513
İstiqraqzların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 1,000 ABŞ dolları
Buraxılış həcmi 10,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi 5.5%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti 3 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 10,000,000 ABŞ dolları
Reallaşdırılmış həcm 10,000,000 ABŞ dolları
Minimal qiymət 1,000.0000 (5.50%) ABŞ dolları
Maksimal qiymət 1,042.2100 (4%) ABŞ dolları
Kəsmə qiymət 1,000.0000 (5.50%) ABŞ dolları
Ortaçəkili qiymət 1,020.2481 (4.77%) ABŞ dolları
İnvestor sayı 52
Sifariş sayı 53
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

Related posts

“FERRUM Kapital” QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı