Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vergi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub - BBN

Vergi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Latviya Respublikasının Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Smite-Roçe ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi sistemlərinin institusional dayanıqlığı, rəqəmsal platformaların inkişafı, vergi nəzarəti və təhlil metodologiyalarının təkmilləşdirilməsi sahələrində fikir mübadiləsi aparıblar.

Orxan Nəzərli Latviya ilə əməkdaşlığın gücləndirilməsinin praktiki təcrübə və texnoloji yeniliklərin mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə iki vergi administrasiyası arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün konkret təşəbbüslərin irəli sürülə biləcəyini qeyd edib.

Öz növbəsində, Bayiba Smite-Roçe Latviyada tətbiq olunan innovativ alətlər barədə məlumat verərək Azərbaycanın bu sahədəki təşəbbüslərinin diqqətlə izlənildiyini bildirib, ikitərəfli formatda əməkdaşlıq platformalarının yaradılmasının və ekspert səviyyəsində daimi təmasların qurulmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Related posts

Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib

Mərkəzi Bankın sədri Taleh Kazımov ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı