Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“SİMA İmza” ilə “Azpulmat”da anında kreditini rəsmiləşdir! - BBN

“SİMA İmza” ilə “Azpulmat”da anında kreditini rəsmiləşdir!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Azpul” MMC olub.

 Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar “Azpulmat” tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilirlər. Proses zamanı əvvəlcə kredit müraciəti göndərən vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Ardınca ona birdəfəlik istifadə üçün elektron imza yaradılır və müştəri imza üçün özünə 6 rəqəmli parol təyin edir. Daha sonra vətəndaş onlayn kredit müqaviləsini həmin parolu daxil etməklə imzalaya bilir. Müqaviləni imzaladıqdan sonra müştəri vəsaiti Azpulmat terminallarında, Azərpoçt filiallarında və ya özünə məxsus istənilən debet kartına köçürməklə nağdlaşdıra bilər.

Qeyd edək ki, sistem 7/24 rejimdə işlədiyindən vətəndaşlar günün istənilən saatında tətbiq üzərindən “SİMA İmza” vasitəsilə kredit götürə bilərlər. Tətbiqdə kredit müqaviləsinin biometriya texnologiyası ilə təsdiqlənməsi dələduzların vətəndaşların adından istifadə edərək kredit götürməsinin qarşısını alır.

SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı