Şimali Avropa ölkələrində təmassız ödənişlərin payı artıb

Avropanın yüksək səviyyədə inkişaf etmiş regionlarından olan Şimali Avropa ölkələri bankçılıq sektorunun rəqəmsallaşması tendensiyasında da xüsusi rola malikdir. “Nordic” ölkələr adı altında kateqoriyalaşdırılan bu ölkələr dünya çapında bir sıra maliyyə texnologiyaları brendlərinə sahibdirlər.

Təmassız ödəniş texnologiyaları üzrə də region günü-gündən inkişaf etməkdədir. Bununla da, təmassız ödənişlərin ümumi plastik kartlarla ödənişlərdə payı artmaqda davam edir. İsveçdə 2020-ci ildə 60% həcmində olan bu göstərici 2021-ci ildə 70%-ə qədər artıb. Finlandiyada da 71%-lik göstəriciyə nail olunub. Norveçdə təmassız ödənişlərin payı son bir ildə 7% artaraq 87%-ə yüksəlib. Danimarka isə 90%-lik pay ilə regionda lider ölkə titulunu alıb.

Qeyd edək ki, bu ölkələrdə təmassız ödənişlər üzrə limit 50 avro həcmində müəyyənləşdirilib. “Nets Nordic Payment Report 2021” hesabatına əsasən, regionun 90%-i ödənişlər həyata keçirərkən təmassız ödəniş funksiyasından istifadəni üstün tuturlar.

NFCW

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı