Smartfon satışları kəskin azalıb

Koronavirus pandemiyası ilə yanaşı beynəlxalq səviyyədə yarımkeçirici istehsalında geriləmə nəticəsində yaranan qıtlıq səbəbindən smartfon satışlarına böyük geriləmə müşahidə olunub. Beynəlxalq Məlumat Korporasiyasının (IDC) araşdırmasının nəticəsində, smartfon istehsalçılarından cari ilin üçüncü rübündə daşınan cihazların ümumi həcminin ötən ilin üçüncü rübünə nisbətdə 6.7% faiz aşağı olduğu aşkarlanıb. Sözügedən rüb üçün smartfon satışlarında cəmi 2.9%-lik geriləmə proqnozlaşdırılsa da, reallıq bunun iki qatı olub. IDC bunun illik əsasda ən böyükhəcmli azalma olduğu qənaətindədir.  Belə ki, birinci rübdə 25%-lik, ikinci rübdə isə 13%-lik artım qeydə alınıb. Ümumilikdə üçüncü rüb ərzində, şirkətlər tərəfindən 331.2 milyondan çox smartfonun satışı həyata keçirilib.

Üçüncü rüb üzrə azalmalar içərisində proqnozları üstələyən ən böyük azalmalardan birinin Çin Xalq Respublikasında baş verdiyini müşahidə etmək olar. Belə ki, Çində üçüncü rübdə smartfon satışlarında 4.4%-lik geriləmə müşahidə olunub. Smartfon bazarının geniş məcrada yayıldığı ABŞ və Qərbi Avropa bazarlarında isə müvafiq olaraq 0.2% və 4.6% azalma qeydə alınıb.

“Samsung” şirkəti ötən ilin üçüncü rübü ilə müqayisədə, satışlarında 14.2%-lik geriləmə göstərsə də, 20.8%-lik bazar payı ilə liderliyini qoruyub saxlayır. Yeni Iphone 13 modelinin buraxılması ilə “Apple” şirkəti satışlarında 20.8%-lik artım ilə bazarda 15.2%-lik paya sahibdir. 13.4%-lik bazar payı ilə “Xiaomi” şirkəti üçüncü rüb ərzində 44.3 milyon ədəd smartfon satışı həyata keçirib. Bu isə, ötən ilin üçüncü rübünə nəzərən 4.6%-lik azalma deməkdir. İlk beşliyi 33.3 milyon smartfon satışı ilə “Vivo” şirkəti və 33.2 milyon smartfon satışı ilə “Oppo” şirkəti tamamlayır.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı