SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb.

BBN.az SOCAR-a istinadən verdiyi məlumata əsasən xəbər verir ki, təbii qaz tədarükü Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişafını nəzərdə tutan sazişə, həmçinin SOCAR-ın Avropa qaz bazarında kommersiya iştirakının genişləndirilməsi strategiyasına uyğun olaraq həyata keçirilir.

SOCAR, “M-Gaz” və “Asarel Medet” şirkətləri arasında uğurlu əməkdaşlıq nəticəsində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanması, həmçinin bu ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.

 

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Nyu-York birjasında təbii qazın qiyməti daha da enib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı