SOCAR-ın “Azneft” İstehsalat Birliyi və “Sakuraz Green Energy” şirkəti arasında Saziş imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi və “Sakuraz Green Energy” (“SGE”) şirkəti arasında geniş çeşiddə akkumulyatorların yenilənməsi və onlara xidmət göstərilməsi üzrə strateji əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb.

Batareyaların istifadə müddətinin uzadılması və onlara texniki xidmətlərin göstərilməsi üzrə SGE ilə yeni əməkdaşlıq Sazişi SOCAR və onun Azərbaycandakı müəssisələri üçün dayanıqlı enerji həllərinə və xərclərə qənaətin təmin olunmasına imkan yaradacaq.

Tərəflər akkumulyator həlləri üzrə bütün istiqamətlər, o cümlədən tam akkumulyatorların sınaqdan keçirilməsi, logistikası, müntəzəm texniki xidmət sahələrində əməkdaşlıq edəcəklər.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı