Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb - BBN

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) borc öhdəlikləri 2026-cı ilin əvvəlinə 3 milyard 47 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilib. Məbləğ ötən ilin əvvəli ilə müqayisədə 18,8 % çoxdur.

SOCAR-ın borc öhdəliklərinin 78,5 %-i və ya 2 milyard 391 milyon manatı Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qarşısındadır. Bu borcun məbləği illik müqayisədə 18,7 % azalıb. ARDNF-dən vəsait illik 3,2-6 % faizlə cəlb olunub və borcun son ödəniş müddəti 2032-ci il aprelin 30-dur.

SOCAR-ın digər əsas borc öhdəlikləri belədir:

  • Maliyyə Nazirliyi – 270 milyon manat (+3 %). Borc illik 0,1-3,13 % faizlə cəlb olunub və 2029-cu il dekabrın 15-dək ödənilməlidir.
  • “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) – 74 milyon manat (-3,4 dəfə). Borcun illik faizi 4,5-4,8 % təşkil edir və 2026-cı il oktyabrın 11-dək qaytarılmalıdır.
  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – 169 milyon manat (-3,7 %). Borc illik 4 % faizlə cəlb edilib və 2027-ci ilin sonunadək ödənilməlidir.
  • “Azərbaycan İnvestisiya Şirkəti” ASC – 65 milyon manat (+3,2 %). Borc illik 4 % faizlə cəlb olunub və 2027-ci ilin sonunadək qaytarılmalıdır.
  • “Aqrarkredit” QSC – 69 milyon manat (-1,4 %). Borc illik 0,16 % faizlə cəlb edilib və ödəniş müddəti 2041-ci il yanvarın 4-dəkdir.

Bundan əlavə, ötən il SOCAR-ın “Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşısında da borc öhdəliyi yaranıb. AZAL şirkətə faizsiz 9 milyon manat borc verib. Bu vəsait 2028-ci il yanvarın 31-dək qaytarılmalıdır.

Qeyd edək ki, SOCAR 1992-ci il sentyabrın 13-də Prezidentin fərmanı ilə yaradılıb. Tamamilə dövlətə məxsus olan şirkətin əsas fəaliyyət istiqamətləri neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin bu məhsulların daxili və xarici bazarlarda satışıdır.

Related posts

Azərbaycanda informasiya və rabitə xidmətləri 10,4 % artıb

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatında xidmətlər 7,1 % artıb

Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı