SOCAR-ın Müşahidə Şurasının sədrinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasının üzvü Anar Axundovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində (SDM) görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib.

Görüşdə emal sektorunda görülən transformasiya işlərinin ölkənin dayanıqlı inkişafında və iqtisadi potensialının artırılmasında önəmi vurğulanıb.

Görüş çərçivəsində SDM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı təqdimat dinlənilib, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma işlərinin gedişatı müzakirə edilib. SOCAR-ın emal seqmenti üzrə fəaliyyət istiqamətləri, SDM tərəfindən NEZ-də və digər emal zavodlarında icra olunan transformasiya, rəqəmsallaşdırma layihələri, əməliyyat mükəmməlliyi proqramları, enerji səmərəliliyinin artırılması istiqamətində icra olunan tədbirlər və digər təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı