SOCAR-ın prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul etmişdir.Fransa şirkətləri ilə SOCAR-ın əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə səfir energetika sahəsinin Fransa və Azərbaycan arasında əməkdaşlığın əsas sütunlarından olduğunu qeyd etmiş, bu münasibətlərin səmərəli inkişafından məmnunluğunu bildirmişdir. Fransanın TOTAL şirkətinin “Abşeron” layihəsində SOCAR-la birlikdə iştirak etdiyi, bu layihənin uğurlu icrasının Fransa üçün də böyük əhəmiyyət daşıdığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, Covid-19 pandemiyası ilə əlaqədar bütün dünyada hökm sürən iqtisadi tənəzzülə baxmayaraq, “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur, işlər plan üzrə davam etdirilir. Yaxın müddətdə birinci fazanın işlənməsi çərçivəsində ilk məhsulun çıxarılması planlaşdırılır.

Görüşdə Fransanın digər şirkəti, mühəndislik sahəsində zəngin beynəlxalq təcrübəyə malik “Technip”in SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin moderinizasiyasında baş podratçı qismində iştirak etməsinə toxunulmuş, bu layihənin də qrafikə əsasən uğurla icra olunduğu bildirilmişdir. Səfir həmçinin SOCAR-ın dəstəyi ilə fəaliyyət göstərən Fransız litseyinin fəaliyyətindən söz açmış, təhsil müəssisəsini bir neçə dəfə ziyarət etdiyini söyləmiş və orada təhsil alan şagirdlərin valideynlərinin məmnunluğunu Rövnəq Abdullayevin diqqətinə çatdırmışdır. Tərəflər həmçinin ətraf mühitin qorunması ilə bağlı Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmiş, gələcək tərəfdaşlıq üçün uğurlu perspektiv vəd edən digər istiqamətlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı