Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın prezidenti “Honeywell” şirkətinin nümayəndə heyəti ilə görüşüb - BBN

SOCAR-ın prezidenti “Honeywell” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Honeywell” şirkətinin yüksək artım tempi olan regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə SOCAR ilə “Honeywell” şirkəti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda “Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” siyasəti və ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

Tərəflər sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə əməkdaşlıq, həmçinin bərpaolunan enerjiyə həsr olunan beynəlxalq tədbirlərdə birgə iştirak imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə şirkətlər arasında regionun enerji sənayesinin avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə Əməkdaşlıq Sazişi imzalanıb.

Sənəd enerji sektorunun rəqəmsallaşdırılmasının dəstəklənməsi, emissiyaların azaldılması, təhlükəsizlik, innovativ həllər üzrə əməkdaşlığı nəzərdə tutur.

Related posts

Ekspert: Meyvə-tərəvəz qiymətlərində artım qaçılmazdır, lakin səbəb təkcə gübrə deyil

EBRD “Black Sea Energy”nin maliyyələşdirilməsində iştirak edə bilər – EKSKLÜZİV

Neft Qiymətlərində Geriləmə: Bazar İştirakçıları ABŞ-İran Riskini Yenidən Dəyərləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı