SOCAR-ın prezidenti “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru ilə görüşüb

28 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf  “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa ilə görüşüb.

Görüşdə SOCAR və “Uniper” şirkəti arasında enerji biznesi ilə bağlı geniş spektrli mövzular üzrə mövcud strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib. Söhbət zamanı şirkətlər arasında “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə sazişin uğurla həyata keçirildiyi vurğulanıb və qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər neft-qaz sektoru ilə yanaşı, enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı