Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın "yaşıl" istiqrazlarının 2-ci faiz ödənişi edilib - BBN

SOCAR-ın “yaşıl” istiqrazlarının 2-ci faiz ödənişi edilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlı istiqrazlar üzrə ikinci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb.

Məlumata görə, bu ilin yanvarın 15-də ölkəmizin “yaşıl” enerji sahəsində atdığı məqsədyönlü addımlara dəstək məqsədilə SOCAR tərəfindən buraxılmış istiqrazlar investorların böyük marağına səbəb olub.

Martın 7-dən etibarən təkrar bazar əməliyyatlarına start verən istiqrazlarla Bakı Fond Birjasında (BFB) 16 milyon ABŞ dolları məbləğində 370-dən çox əqd bağlanıb. Hal-hazırda tədavüldə olan SOCAR istiqrazları ilə BFB-də təqribən 81 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1 475-dir və bu, korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5%-ni təşkil edir.

SOCAR İstiqrazlarının ilk buraxılışından 2016-cı ilədək vətəndaşlara və investorlara 47 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi həyata keçirilib.

“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər üç aydan bir həyata keçirilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir təmin edəcək.

Qeyd edək ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı