“SOCAR Könüllülər” qrupunun ilk məzunlarına sertifikatlar təqdim olunub

Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Könüllülər” qrupunun ilk məzunları ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, “SOCAR Tower”da keçirilən görüşdə “SOCAR Könüllülər” qrupunun ilk məzunlarını salamlayan SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib.

İcraçı direktor könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək bu hərəkatın bir parçası olan “SOCAR Könüllülər” qrupunun ilk məzunlarını təbrik edib, onlara fəaliyyətlərində müvəfəqiyyətlər diləyib.

A.Hüseynova 2022-ci ilin sentyabrında SOCAR Media İctimai Birliyinin nəzdində yaradılan könüllülər qrupunun ötən bir il ərzində səmərəli fəaliyyət göstərdiyini, şirkət tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak edərək mühüm təcrübə qazandıqlarını bildirib.

İnsan kapitalının inkişafı baxımından könüllülər hərəkatının əhəmiyyətindən bəhs edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ölkəmizdə mövcud könüllülük hərəkatının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına imkan yaratdığını vurğulayıb.

Vitse-prezident könüllülərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün SOCAR-da əlverişli şəraitin yaradıldığını qeyd edib. SOCAR könüllülərinin ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə töhfə verdiyini ifadə edən Z.Mustafayeva “SOCAR Könüllülər” qrupunun ötən bir il ərzindəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar diləyib.

Tədbirdə çıxış edən “SOCAR Könüllülər”i üzrə SOCAR-ın səlahiyyətli nümayəndəsi Ruqiyyə Musayeva məzun olan könüllülərə tədbirlərdə yaxından iştiraklarına, il ərzində aktiv fəaliyyətə görə təşəkkür edib.

Sonra “SOCAR Könüllülər”in qrup rəhbəri Murad Əliyev qrupun ötən bir il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonda Könüllülər qrupunun məzunlarına sertifikatlar təqdim edilib, xatirə fotosu çəkilib.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı